Polşa ilə Litva arasında yeni qaz kəməri-GİPL işə düşdü

2022-05-05 13:24:00

Polşa ilə Litva arasında yeni qaz kəməri-GİPL işə düşdü

Mayın 5-də Polşa və Litvanın qaz ötürücü sistemlərini birləşdirən GIPL qaz kəməri rəsmən istifadəyə verilir. “Yevropeyskaya Pravda” xəbər verir ki, bu barədə PAP məlumat yayıb.
Bu qaz kəməri de-fakto mayın 1-də işə salınıb, mayın 5-də isə təntənəli açılış mərasimi nəzərdə tutulub. Tədbirdə Polşa, Litva və Latviya prezidentləri, Avropa Komissiyasının sədri, Polşa və Baltikyanı ölkələrin energetika nazirləri və müvafiq şirkətlərin rəhbərlərinin iştirak etməsi nəzərdə tutulub.
Qaz kəmərinin uzunluğu 508 km-dir ki, bunun da 343 km-i Polşa, 165 km-i isə Litva tərəfdəndir. GİPL “enerji adaları” adlanan yerlərdən – qazın yalnız bir istiqamətdən verilə biləcəyi regionlardan xilas olmaq və bazarı şaxələndirmək üçün tikilib. Planlara görə, GIPL 2022-ci ilin oktyabrında tam gücü ilə işləyəcək. Mayın 1-dən sentyabrın 30-dək Litva istiqamətində ötürmə qabiliyyəti 2 milyard kubmetr, Polşa istiqamətində ildə 1,9 milyard kubmetr, daha sonra isə Litva istiqamətində 2,5 milyard kubmetr, Polşa istiqamətində isə 2 milyard kubmetr təşkil edəcək. Layihələndirmə və tikinti işlərinə 2019-2020-ci illərdə başlanılıb.

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya