Saat:03:47
Haqqımızda

Polşa da müharibəyə hazırlaşır - Seymə yeni qanun layihəsi təqdim edilib

2024-05-03 11:21:36

Polşa da müharibəyə hazırlaşır - Seymə yeni qanun layihəsi təqdim edilib

Polşa prezidenti Anjey Duda parlamentə ölkənin hərbi müdafiə hazırlığının artırılmasına yönəlmiş qanun layihəsi təqdim edib.
Sənəddə respublikanın təhlükəsizliyinə xarici təhlükə yarandıqda dövlət orqanlarının hərəkətlərinin təsviri öz əksini tapıb. Belə ki, layihə hərbi və qeyri-hərbi sahələrdə hibrid təhdidlərə və birbaşa silahlı təcavüzə qarşı mübarizə imkanlarını gücləndirəcək dəyişikliklərin tətbiqini nəzərdə tutur.
Polşa Milli Təhlükəsizlik Bürosu (BBN) qeyd edib ki, bu qərarlar təhlükəsizlik sahəsində dəyişikliklərə, o cümlədən “Rusiya tərəfindən Polşaya, digər Aİ və NATO ölkələrinə qarşı yönəlmiş yeni təhdid formalarına” cavabdır.
Layihə həmçinin ordunun qəfil təhdidlərə dərhal reaksiya vermək qabiliyyətini təmin etmək üçün yeni müdafiə planlarını ehtiva edir və Polşanın mülki və hərbi hakimiyyət orqanları arasında məlumat axını və koordinasiyanı gücləndirmək məqsədi daşıyır.
Rusiyanın Polşadakı səfirliyi bəyan edib ki, BBN-nin bəyanatını şərh edə bilməyəcəklər, çünki iddia edilən “təhlükələrin” hansı “yeni” və “köhnə” formalarının müzakirə olunduğu ümumiyyətlə bəlli deyil.

Ülviyyə, Hurriyyet.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.160095