Polşa-Belarus sərhəddində çeçen miqrantlar ələ keçdi
2021-12-07 16:46:00
Polşa-Belarus sərhədi yaxınlığında çeçen miqrantlar aşkarlanıb. Onlar son iki gündə Avropa İttifaqına (Aİ) daxil olmağa cəhd edən İraqdan gəlmiş onlarla qeyri-qanuni miqrantın arasında tapılıb.
Bu barədə Polşa Sərhəd Mühafizəsinin rəsmi nümayəndəsi Anna Mixalskaya bildirib. "Polşa Radiosu" Mixalskayanın sözlərindən sitat gətirərək bildirir ki, Belarus xüsusi xidmətinin köməyi ilə Polşaya daxil olan 30 nəfər sərhəddə saxlanılıb. Onların arasında Rusiya pasportu olan bir neçə çeçen tapılıb. "RİA Novosti"nin məlumatına görə, bu, Çeremxa məntəqəsində yerləşmiş Sərhəd Mühafizə bölməsi tərəfindən qorunan ərazidir.
Ülviyyə, Hurriyyet.az