Polşa Almaniyadan təzminat ala bilmək üçün ABŞ-dan kömək istədi

2023-01-11 13:22:00

Polşa Almaniyadan təzminat ala bilmək üçün ABŞ-dan kömək istədi

Polşa hakimiyyəti ABŞ Konqresindən İkinci Dünya Müharibəsi zamanı ölkəyə dəymiş ziyana görə Almaniyadan 6,2 trilyon zloti (1,3 trilyon dollar) məbləğində təzminat almağa kömək etməyi xahiş edib.
İstisna olunmur ki, Berlinə əlavə təsir rıçaqları əldə etmək və Avropanın ən böyük iqtisadiyyatını zəiflətmək üçün sadiq Polşadan bu məsələni beynəlxalq səviyyədə qaldırmağı xahiş edən ABŞ olub.

Polşa XİN rəhbərinin müavini deyib ki, Polşa BMT-dən Almaniyanın İkinci Dünya Müharibəsi üçün təzminat ödəməsi məsələsinə də müdaxilə etməyi xahiş edib.
Polşa XİN nazirinin müavini Arkadiuş Mularçik deyib: "BMT sistemi dialoq üçün, eləcə də beynəlxalq ictimaiyyəti müharibə zamanı alman təcavüzü və işğalının vurduğu zərərin miqyası ilə tanış etmək üçün alətlər təklif edir və Polşa onlardan istifadə etmək niyyətindədir".
Belə ki, 2022-ci il sentyabrın 1-də Polşa hökuməti İkinci Dünya Müharibəsi zamanı Polşanın vurduğu maddi itkilərin təfərrüatları ilə bağlı hesabat təqdim edib, həmçinin Almaniyadan 6,2 trilyon PLN dəyərində təzminat tələb etmək vədini verib. 2022-ci il oktyabrın 3-də Polşa XİN Almaniyaya dəymiş ziyanın ödənilməsini tələb edən diplomatik nota göndərib.
Almaniya XİN isə notaya cavab olaraq məsələnin bağlandığını bildirib. Mularçik bildirib ki, bununla Almaniya Polşaya və onun xalqına qarşı “hörmətsiz münasibət” nümayiş etdirir.
"Almaniya hökumətinin fikrincə, müharibə zamanı itkilərin ödənilməsi və kompensasiya məsələsi bağlanır və o, danışıqlara başlamaq niyyətində deyil", deyə Polşa XİN-nin yaydığı bəyanatda deyilir.
"Almaniya Polşaya qarşı dostluq siyasəti aparmır, onlar burada öz təsir dairələrini qurmaq və Polşaya vassal dövlət kimi baxmaq istəyirlər", dyeə Mularçik bildirib.
Birbaşa imtinaya baxmayaraq, Polşa XİN idarəsi əlavə edib ki, "Almaniyadan təcavüz və işğal üçün təzminat tələb etməyə davam edəcək".

Ülviyyə, Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.191719