Polşa Almaniyadan İkinci Dünya Müharibəsinə görə təzminat tələb edəcək

2022-09-01 21:11:00

Polşa Almaniyadan İkinci Dünya Müharibəsinə görə təzminat tələb edəcək

“Polşa Almaniyadan İkinci Dünya Müharibəsi zamanı dəymiş ziyana görə 6,2 trilyon zloti (təxminən 1,3 trilyon dollar) tələb edəcək”.

Bunu Polşanın hakim Hüquq və Ədalət partiyasının rəhbəri Yaroslav Kaçinski deyib.

Polşada bir neçə il əvvəl Almaniyanın İkinci Dünya Müharibəsi zamanı dəymiş ziyana görə kompensasiya ödəməli olması məsələsi qaldırılıb və bu məbləği hesablamaq üçün xüsusi parlament komissiyası yaradılıb. Lakin Almaniya hökuməti dəfələrlə bildirib ki, onlar Polşaya ödəniş etmək niyyətində deyil.

Kaçinskinin sözlərinə görə, bu məbləğ “Almaniya üçün tamamilə münasibdir”. O, əlavə araşdırmalar nəticəsində bunun artırıla biləcəyini istisna etməyib.

O qeyd edib ki, Polşa alman dövlətinin və alman xalqının 1939-1945-ci illərdə Polşaya etdiyi hər şeyə görə təzminat almaq istəyir. \\Qafqazinfo


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.091814