Saat:15:44
Haqqımızda

Polkovnik və keçmiş bölmə müdiri azadlığa buraxıldı

2025-01-30 11:03:08

Polkovnik və keçmiş bölmə müdiri azadlığa buraxıldı

Müdafiə Nazirliyinin Mənzil İstismar İdarəsinin sabiq rəisi polkovnik Elmar Məmmədov və eyni idarənin Əsaslı və Cari Təmir bölməsinin sabiq müdiri Rəhim Laçınov ev dustaqlığına buraxılıb.

Hurriyyet.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Hərbi Məhkəməsi belə qərar qəbul edib.

Məhkəmə zabitlərin vəkillərinin həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətlərini əsaslı hesab edib.
 
Qeyd edək ki, E.Məmmədov və R.Laçınov ötən ilin avqustunda həbs edilmişdilər. Onlar mənimsəmə, rüşvət alma və vəzifə səlahiyyətlərini aşma cinayətlərində ittiham edilirlər.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.225843