Polkovnik Elnur Məmmədovun məhkəməlik olması KİM(LƏR)İN MARAQLARINA XİDMƏT EDİR?

2022-09-07 12:02:00

Polkovnik Elnur Məmmədovun məhkəməlik olması KİM(LƏR)İN MARAQLARINA XİDMƏT EDİR?

Bütün bunlar sonda Zakir Həsənovun durumunu bir xeyli çətinləşdirə, kim bilir, bəlkə də istefasını belə, gündəmə gətirə bilər

Son günlərdə sosial şəbəkələrdə Müdafiə Nazirliyinin rəhbərliyini, o cümlədən Şəxsi Heyət Baş İdarəsi Kadrlar İdarəsinin rəisi general-mayor Elçin Xəlilovu tənqid edib, bir sıra iddialar irəli sürməklə gündəmə gələn ehtiyatda olan polkovnik Elnur Məmmədov məhkəməlik olub. Hurriyyet.az qafqazinfo.az-a istinadən xəbər verir ki, o, Cinayət Məcəlləsinin 147.2-ci maddəsi ilə (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) ittiham olunur. 

Verilən məlumata görə, Bakı Hərbi Məhkəməsində keçiriləcək prosesə hakim Elbəy Allahverdiyev sədrlik edəcək. Qeyd edək ki, əgər polkovnik Elnur Məmmədovun təqsiri sübuta yetirilərsə, onu iki ilədək müddətə islah işləri və ya üç ilədək həbs cəzası gözləyir. Məhkəmənin hazırlıq iclası sentyabrın 12-nə təyin edilib.

Beləliklə, ağla gələn ilkin versiyaya görə, polkovnik Elnur Məmmədovun məhkəməlik olması müdafiə naziri general-polkovnik Zakir Həsənov göstərişi ilə baş tuta bilər. Çünki polkovnik çıxışlarında, ölkə başçısı İlham Əliyevə ünvanladığı video müraciətlərində Zakir Həsənovun ünvanına yetərincə sərt və sensasion xarakterli ittihamlar səsləndirib. Odur ki, Elnur Məmmədovun məhz müdafiə nazirinin tapşırığına əsasən məhkəməlik olması ilk versiya kimi dəyərləndirilməlidir. Lakin başqa bir versiyaya görə, Azərbaycan Silahlı Qüvvələrini, ordu rəhbərliyini həm ölkə başçısının, həm də cəmiyyətin gözündə nüfuzdan salmağa çalışan maraqlı qüvvələr polkovnikin məhkəməyə cəlb olunmasını təmin etməklə təxribatçı planlarını reallaşdırmağa çalışırlar. Belə ki, onlar anlayırlar ki, Elnur Məmmədov məhkəmənin elə ilk iclasından etibarən gözünü yumub ağzını açacaq. Yəni, Azərbaycan Silahlı Qüvvələri, ordu rəhbərliyi ilə bağlı bildiklərini, hətta qulaqdan-qulağa eşitdiklərini belə, ictimaiyyətə çatdıracaq. Bütün bunlar isə sonda müdafiə naziri general-polkovnik Zakir Həsənovun durumunu bir xeyli çətinləşdirə, kim bilir, bəlkə də istefasını belə, gündəmə gətirə bilər. Odur ki, hər şey, daha dəqiq desək, prosesin hansı məcraya doğru gedəcəyi hakim Elbəy Allahverdiyevin məhkəmənin hazırlıq iclasında verəcəyi qərardam asılı olacaq.

Hurriyyet.az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.088284