Saat:03:40
Haqqımızda

Politoloqdan SENSASİON AÇIQLAMA – “İran heç vaxt Qərbin əleyhinə getməyib”

2024-02-05 17:24:23

Politoloqdan SENSASİON AÇIQLAMA – “İran heç vaxt Qərbin əleyhinə getməyib”

“Vəziyyət yaxşı deyil. Daha böyük münaqişə ilə, risklə üzləşə bilərik. Nəzarətdən çıxma məsələsi təhdid olaraq qarşımızdadır”. 

Bu sözləri Türkiyə xarici işlər naziri Hakan Fidan son günlər ABŞ və İran arasında gərginliyin artmasını şərh edərkən deyib. 

Bəs, bu gərginlik alovlandığı təqdirdə regionda nələr baş verə bilər?

Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli mövzu ilə bağlı Bizim.Media-ya danışıb.

O qeyd edib ki, Yaxın Şərq savaşlarının hamısında qalib gələn ölkə İrandır: 

“Biz praktiki olaraq bunu Suriyada gördük. Suriya darmadağın oldu. İraqda və Livanda da qalib İran oldu. Əfqanıstanda da oxşar vəziyyəti yaratmaq istədilər, amma fərqli dini baxışlar var idi deyə radikal İslamçılıq üzərindən Səudiyyə qolu qalib gəldi. Bu, sondurmu? Xeyr. 

Bütün bunların kontekstində “İran-ABŞ savaşı”, İran-Qərb qarşıdurması” deyə yanlış yanaşma tirajlanır. İran və ABŞ düşməndirsə, niyə bütün nəticələrdə hər iki ölkəyə sərf edən mənzərə meydana çıxdı? Nəticədə Yaxın Şərqi İrana təhvil verdilər. 

Hazırda ərəb ölkələrinin regiondan sıxışdırılıb çıxarılması və İranın qarşısında sınması prosesi gedir.

İranın heç bir addımı Qərbin əleyhinə olmayıb. Tarixdə elə bir hadisə yoxdur ki, İran və Qərb qarşı-qarşıya gəlsin, savaşsınlar. ABŞ və ya Böyük Britaniya koalisiyası Yəməni bombalayır. Bəs nə üçün həlledici məqam çatanda İranın bombalanması  məsələsi gündəmə gəlmir? Əsas suallardan biri budur.

Hazırda qlobal güclər üçün beynəlxalq münasibətlərdə mövqe qazanmaq savaşı gedir”. 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.192199