Saat:03:50
Haqqımızda

"Politico": Aİ rusiyalı diplomatların hərəkətlərinin məhdudlaşdırılmasını müzakirə edir

2024-02-06 00:29:11

Avropa İttifaqı rusiyalı diplomatların ittifaq ərazisindən hərəkətini məhdudlaşdırmaq imkanını müzakirə edir. 2023-cü ildə bu təklif Çexiya tərəfindən irəli sürülüb.

Bu barədə "Politico" mənbəyə istinadən məlumat yayıb

Nəşrin yazdığı kimi, ideya Rusiyadan olan diplomatların səfərlərini akkreditə olunduğu ölkə ilə məhdudlaşdırmaqdır. Hazırda onlar Şengen zonasında sərbəst hərəkət edə bilirlər. Məhdudiyyətlərin Ukrayna ərazisində hərbi əməliyyatların başlanmasının ikinci ildönümü üçün hazırlanan 13-cü sanksiyalar paketi çərçivəsində tətbiq edilməsi təklif edilir.

Politico-nun müsahibi bu məhdudiyyətin kompleks şəkildə həyata keçirilməsindən danışır. Aİ ölkələri arasında sərhədlər və ya keçid məntəqələri yoxdur və Şengen zonası daxilində səyahətlərin əksəriyyəti nəzarətsizdir. Nəşr qeyd edir ki, Çexiya Xarici İşlər Nazirliyi diplomatlar üçün biometrik pasportların tətbiqini təklif edib.

Hələ 2023-cü ilin noyabrında "Financial Times” Avropa İttifaqının hərəkətə mümkün məhdudiyyətləri müzakirə etdiyini yazıb. Qəzetin yazdığına görə, təklif Çexiyanın hakimiyyət orqanlarından gəlib. Təşəbbüs "QRU və digər xidmətlərin agentlərinin Çexiya ərazisinə gəlməsi” ilə izah edilib.

Bundan əvvəl Almaniyanın DPA agentliyi fevralın 24-dək Avropa İttifaqının 200 rusiyalı şəxs və şirkətə qarşı sanksiya tətbiq edəcəyini bildirib. Eyni tarixə qədər Aİ Rusiya Bankının dondurulmuş aktivlərinin geri alınması məsələsini həll etmək niyyətindədir. \\Qaynarinfo

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.212056