Polislər TikTokdan istifadə etməyəcəklər

2023-03-09 16:05:00

Polislər TikTokdan istifadə etməyəcəklər

Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Çexiyanın Milli İnformasiya və Kiber Təhülkəsizlik Agentliyi (NUKİB) Çinin dünyada istifadə edilən TikTok sosial şəbəkə proqramının endirildiyi cib telefonları kimi cihazlarda dinləmələr aparıldığı barəsində əhaliyə xəbərdarlıq edib.

Çexiyanın Daxili İşlər naziri Vit Rakusan isə mətbuata açıqlamasında nazirlik əməkdaşlarının cib telefonlarında və digər cihazlarda bu proqramdan istifadə etməyəcəklərini bildirib.

Bəlli olduğu kimi, ABŞ-da, Kanadada və Avropa İttifaqı təşkilatlarında ictimai işlərdə çalışanların bu proqramdan istifadəsi qadağan edilib.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.175428