Saat:02:56
Haqqımızda

POLİSİ DÖYƏN DEPUTAT MEHDİYEVİN ADAMI ÇIXDI - "Onun bağ evlərində təşkil olunan qəbullarda iştirak edir"

2021-08-02 17:43:00

POLİSİ DÖYƏN DEPUTAT MEHDİYEVİN ADAMI ÇIXDI -

Bir neçə gün öncə Xaçmazda polisi döyməklə gündəmə gələn Milli Məclisin deputatı Eldəniz Səlimovla şok faktlar ortaya çıxıb.

Konkret.az xəbər verir ki, vaxtilə Eldəniz Səlimov AMEA Prezidenti Ramiz Mehdiyevin ciddi siyasi dəstəyi və təqdimatı ilə deputat mandatı qazana bilib.

Digər məlumata görə, Eldəniz Səlimov tez-tez Ramiz Mehdiyevin bağ evlərində təşkil olunan qəbullarda iştirak edir.

Eldəniz Səlimovun ötən il Ramiz Mehdiyevin nəvəsinin qalmaqallı toyunda da iştirak etdiyi deyilir.

Qeyd edək ki, deputat Eldəniz Səlimovun atası Adil Səlimovla Ramiz Mehdiyev yaxın dost olublar.

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR