Saat:15:23
Haqqımızda

Polisə deyib ki, fəxr elə ki, səni deputat döyüb - FƏZAİL AĞAMALI

2021-08-04 13:36:00

Polisə deyib ki, fəxr elə ki, səni deputat döyüb - FƏZAİL AĞAMALI

Milli Məclisin üzvü öz səlahiyyətini aşıb. Polis zabitini yanına çağırıb və deyib ki, fəxr elə ki, səni Milli Məclisin deputatı döyüb”.

Gununsesi.info xəbər verir ki, bunu Milli Məclisin İntizam komissiyasının sədr müavini, deputat Fəzail Ağamalı parlamentin bugünkü iclasında çıxışı zamanı deyib.

Deputat bildirib ki, hər bir şəxs qanun qarşısında bərabərdir: “Bizə bu cür millət vəkili lazım deyil. Deputat cəmiyyətə nümunə olmalıdır”.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR