Polisdən DƏHŞƏTLİ ƏMƏL: Anasını, qardaşlarını və gəlinlərini güllələyib öldürdü (FOTO+VİDEO)

Bursansada dəhşətli hadisə baş verib.
Hurriyyet.Az Türkiyə KİV-nə istinadən bildririr ki, ailəsi ilə miras məsələsi üzündən dava edən edən polis məmuru 29 yaşlı Adem Ergüner üzvlərini öldürüb.
Bingöl Gənc İlçe Təhlükəsizlik Müdirliyi Çevik Qüvvələr Bürosunda çalışan polis məmuru Adem Ergüner icazə alaraq ailəsinin yaşadığı Orhangazi mahalına gedib.
Vərəsəlik məsələsinə görə ailəsi ilə düşmənçilik edən Ergüner yenidən onlarala mübahisə etməyə başlayıb. O mübahisə etdiyi anası, iki böyük qardaşı və qardaşı arvadı da daxil olmaqla 4 nəfəri güllələyib.
Adem Ergüner hadisə yerindən qaçarkən səsləri eşidən vətəndaşlar vəziyyətlə bağlı polis və təcili yardıma məlumat verib.
Hadisə yerinə gələn səhiyyə əməkdaşları anası Bedriye Ergüner, qardaşı Remzi Ergüner və onun həyat yoldaşı Fatma Ergünerin öldüyünü müəyyən edib. Digər qardaş Mehmet Ergüner də hadisə yerində ilk müdaxiləsindən sonra Xəstəxanaya aparılıb. Bütün müdaxilələrə baxmayaraq, böyük qardaşı Mehmet Ergüneri də xilas etmək mümkün olmayıb və dünyasını dəyişib.
Çox keçməyib ki, hadisəni törədən şəxs həmkarları tərəfindən saxlanılıb.
Faktla bağlı Respublika Prokurorluğu tərəfindən araşdırmalar davam etdirilir.
32gun.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya