Polis XÜSUSİ ƏMƏLİYYAT keçirdi: 20 nəfər tutuldu - FOTO

2022-06-15 14:00:00

Polis XÜSUSİ ƏMƏLİYYAT keçirdi: 20 nəfər tutuldu - FOTO

Şirvan şəhər Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə, əllərdə saxlanılan odlu silah-sursatların aşkar olunmasına, həmçinin dələduzluq və oğurluq əməllərini törədən şəxslərə qarşı son 15 gün ərzində silsilə əməliyyat tədbirləri keçirib.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan verilən xəbərə görə, həmin dövrdə şöbə əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 17 nəfər saxlanılıb.

Bu şəxslərin hər biri barəsində polis şöbəsində araşdırmalar başlanıb. Saxlanılan şəxslərdən ümumilikdə 5 kiloqramdan artıq olan müxtəlif növ narkotik vasitə və psixotrop maddələr, eləcə də çətənə bitkiləri aşkarlanaraq götürülüb.

Əməliyyatlar zamanı şəhər ərazisində oğurluq edən, vətəndaşların etibarından istifadə edərək onlara qarşı dələduzluq əməlini törədən, eləcə də qanunsuz olaraq odlu silah saxlayan 3 nəfər şəxs də saxlanılaraq cinayət məsuliyyətinə cəlb olunub.

Sadalanan faktların hər biri ilə bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir. Şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan və digər hüquqazidd əməllər törədən şəxslərin ifşası istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Bizim.Media


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya