Polis rəisi intihar etməmişdən öncə evinə oğru girib? - DİN-DƏN AÇIQLAMA

2021-07-14 12:38:00

Polis rəisi intihar etməmişdən öncə evinə oğru girib? - DİN-DƏN AÇIQLAMA

İyulun 9-da saat 11:00 radələrində Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rahib Mirzəyevin istirahət otağında özünü xidməti silahı ilə ürək nahiyəsindən bir dəfə atəş açmaqla öldürməsi ilə bağlı Baş Prokurorluğa məlumat daxil olub.


"Hürriyyət"in əldə etdiyi məlumata görə, polis rəisi Rahib Mirzəyev intihar etməmişdən bir neçə gün öncə evinə oğru daxil olub. 


Məsələylə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Nazirliyin mətbuat xidmətinin rəisi Ehsan Zahidov deyib ki, baş vermiş hadisəylə bağlı araşdırmalar aparılır:


"Mənim oğurluğun olub-olmaması barədə məlumatın yoxdur. Amma, baş vermiş hadisəylə bağlı araşdırmalar aparılır. Yəgin ki, araşdırmalar nəticəsində məlum olar". 


Qeyd edək ki, Rahib Mirzəyev polis general-mayoru Sahib Mirzəyevin qardaşıdır.


YƏHYA