Polis maşında qadınla sevişərkən tutuldu, işdən QOVULDU

2021-11-25 21:54:00

Polis maşında qadınla sevişərkən tutuldu, işdən QOVULDU

Böyük Britaniyanın Barri şəhərindəki parklardan birində baş verən hadisədə polis əməkdaşı Endryu Leqq tanış qadınla cinsi əlaqədə olarkən ələ keçib.

Ələ keçən polis zabiti ona qarşı irəli sürülən ittihamları qəbul edib. İstintaq çərçivəsində Endryu Leqqlə qadın arasında mesajlar da üzə çıxıb. Qadının "Mən uniformalı kişiləri sevirəm" mesajlarına cavab verən polis məmuru dəfələrlə ona şəxsi fotolarını göndərib. İkili parkda görüşməzdən əvvəl bir-birlərinə erotik mesajlar da göndəriblər. Cənubi Uels Polis İdarəsi əhalidən üzr istəyib və belə bir hadisənin bir daha təkrarlanmaması üçün səylərin göstəriləcəyini vurğulayıb. \\Milli.Az