Polis əməkdaşı qeyri-rəsmi yaşadığı qadını öldürdükdən sonra özü intihar etdi - TƏFƏRRÜATLAR - FOTO

2022-04-22 16:30:00

Polis əməkdaşı qeyri-rəsmi yaşadığı qadını öldürdükdən sonra özü intihar etdi - TƏFƏRRÜATLAR - FOTO

Bakının Nərimanov rayonunun qətl hadisəsi baş verib.

Hadisə Qarabağ küçəsi 26 ünvanında günorta saatlarında qeydə alınıb. Sözügedən ərazidə yaşayış binasında mənzillərdən birində Xəzər rayon polis idarəsinin əməkdaşı mayor Tural Aslanov qısqanclıq zəminində qeyri-rəsmi yaşadığı Günay Cabbarovanı xidməti silahı ilə qətlə yetirdikdən sonra özü də intihar edib.

Qonşuların "Hürriyyət"in əməkdaşına verdiyi məlumata görə, Günay Cabbarovanın 2 və 3 yaşlarında qız övladları var. Rusiyada yaşayan həyat yoldaşı isə bir müddət olarki Azərbaycana qayıdıb. Qonşular onu da bildirib ki, Günay Cabbarova ötən il atasını tirib. Polis əməkdaşı isə bir müddətdir Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi vəzifəsində işləyirmiş. Tural Aslanov daha əvvəl Şamaxı və Qaradağ rayonlarında müstəntiq işləyib.

Baş Prokurorluğun Mətbuat xidmətinin prokuroru Aynur Əfəndiyeva "Hürriyyət"ə bildirib ki, faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1(qəsdən adam öldürmə) və 125-ci ( intihar həddinə çatdırma) maddələri ilə cinayət işi başlanılıb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırmalar aparılır.

YƏHYA


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya