Saat:11:17
Haqqımızda

Polis avtoqəzada həyatını itirdi

2024-11-15 21:27:11

Polis avtoqəzada həyatını itirdi

Noyabrın 15-də Səbail rayonu Salyan yolunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

DİN-in Mətbuat Xidmətindən bildirilib ki, “Daewo” markalı avtomobil yolu keçən piyada, polis nəfəri Ərtoğrul Həsənlini vurub. Ona göstərilən tibbi müdaxilələrə baxmayaraq həyatını itirib. 

Faktla bağlı cinayət işi başlanılıb.