Saat:05:08
Haqqımızda

Polietilen torbalar və iylənmiş ərzaq məhsulları...

2023-11-20 21:57:32

Polietilen torbalar və iylənmiş ərzaq məhsulları...

Polietilen torbaların insan sağlamlığı üçün təhlükəni  hamı yaxşı başa düşür. Amma bilə-bilə, şüurlu surətdə  biz bu zərərdən yaxa qurtara  bilmirik. Uzatmadan deyə bilərəm ki, bunun   birinci səbəbi  ictimai iaşə və xidmət obyektlərində, xüsusilə də super marketlərdə çalışanların daha  çox qazanmaq istəyindən irıli gəlir.  

Dövlət başçısının  insan  sağlamlığına ziyan vuran, ətraf mühitə mənfi təsir göstərən,  düşən yeri illərlə zəhərləyən   plastik torbalardan, eləcə qablardan imtina barədə Sərəncamı vardır. Qalınlığı 15 mikrona qədər olan bütün polietilen vəsaitləri  ticarət obyektlərdə istehlakçıya satılması və verilməsi qadağan edilib.  Təəssüf ki, Prezidentin imzaladığı bu, vacib Sərəncamından irəli gələn qaydalara   əməl olunmur. Əksinə həmin vəsaitləri  müştəriyə pulla satmaqla özlərinə əlavə zəhmətsiz qazanc götürürlər.  Onu da bildirim ki, böyük şirkətlərdə  plastik torbalar 5 qəpiyə satılırsa, Lerikin dağ kənd dükanlarında 10  qəpiyə güclə alıcıya sırıyır. Hər alınan  ərzağa həmin torbalardan 2-3 ədədi  bükülür. Odur ki, ərzaqların iki-üç dəfə baha qiymətə satılması bir yana qalsın,   həyatını zəhərləyən  15 mikron polietilen torbalara  görə, kənd tacirlərin dili ilə desək, 2 manat artıq “tərləməli” olursan...

  Lerikin kənd dükanlarında hökm  sürən daha bir məsələyə toxunmaq istəyirəm.  Bəli, sovet dağılıb dövlətin nəzarətində olan mağazalar yoxa çıxanda   dağlar  diyarının kəndlərində imkanlı adamlar tərəfində  dükanlar təşkil olundu.   Elə həmin  dükanlar   kəndlinin  uzun müddət   qoruyub saxladığı halala haram qatdı. Dükançılar öz başına qiymətləri  qaldırdılar və fağırın   son qəpiyini  əlində almaqla, haram pullar hesabına “bəy” oldular.  İndi 30 ilə yaxındır   vəziyyət belə davam edir. Gəl ki,  rayonda dükançı  “bəylərin ”  xətrinə dəyən tapılmır.  Nəticədə  qorxmadan, həmçinin dövlətin verdiyi qanunlarını saya salmadan  get-gedə fəaliyyətlərini geniş şəkildə aparırlar. 

Bir də kənd dükanlarında heç vaxt qıtlıq görməzsən.  İstəsən quş südü də tapa bilərsən. Amma  ərzaq məhsulların   istehsal tarixinə gələndə, hamısının vaxtı çoxdan keçmış  olur. Hətta dükançı  “bəylər ”  iylənmişi də dövlətin ünvanına böhtan söyləməklə  sata bilirlər.  Bu işə ən çox məsul olan  Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi  Agentinin əməkdaşları  isə  “bəylərin” saqqalından utandığı üçün, eləcə hörmət əlaməti olaraq dükanlarına gəlib onları narahat etmək istəmirlər...

Zəfər ORUCOĞLU,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.212260