Saat:19:33
Haqqımızda

Polad Həşimovun sərvəti…

2021-09-27 11:44:00

Polad Həşimovun sərvəti…

İndiki Baş Qərargah rəisi Kərəm Vəliyev danışırdı. Həm kədərli, həm də qürurlu səslə:

“Bu gün səhər saatlarında ön xəttə gedən şiddətli döyüşlər zamanı general-mayor Həşimov Polad qəhrəmancasına şəhid olub”.

Ürəyimizi titrədən, qanımızı donduran xəbər. Bir general, dağ kimi bir oğul düşmənin gülləsinə necə tuş gələ bilərdi?!

Cənab Polad Həşimov!

Müharibə siqnalı idi əslində. Bundan sonra igidlər dəstə-dəstə hərbi komissarlığa gedib, Qarabağ üçün könüllü olmağa başladılar.

Zamanı gəlmişdi, enmiş başımızı dikəltməyin vaxtı idi.

Həmin gün ləkələnmiş tariximizi bərpa etmək üçün fürsət yaranmışdı.

Həmin gün Şuşanın qala qapıları sahiblərini qarşılamaqçün açılmışdı.

Həmin gün “Göy məscid”də əllər yalnız Qarabağ üçün açılmışdı...

***

Sosial şəbəkədə təxminən bu başlıqda foto çıxmışdı qabağıma. Ekspert idi deyəsən, dəqiq xatırlamıram. Demişdi ki, Polad Həşimovun sərvətlərindən niyə yazmırsız?

Başlıq aldatmadı məni. Birinci cümlədən anladım ki, bu sərvət o sərvətdən deyil, söhbət “milonlardan” getmir. Oxumadım.

“Filankəsin inanılmaz sərvəti” deyəndə ağlımıza mal-mülk, dövlətdən oğurlanan pullar, villalar gəlir. Amma, bir də cənab generalın sərvətinə baxın:

Mərd və eyni amanda təmiz ürəyi, cəsarəti, duruşu, mənliyi, qeyrəti, namusu, gücü, ağlı, iradəsi, almadığı rüşvətlər, olmayan villaları, “Bentli”ləri...

Əsl vətənpərvər, əsl igid, əsl oğul, əsl ər, əsl ata olması...

Dövlətin verdiyi evi də şəhid ailəsinə veribmiş general Həşimov. Loxmasını da əsgəri ilə bölüşərmiş həmişə.

Və həmin bu sərvətlərin sahibi olan generalın gedişi bizə ən böyük sərvətimizi geri qaytardı – Qarabağı.

Qisas hissi, yüksək ruh, düşmənə nifrət… generalın ölümü ilə mesaj alınmışdı və gerisi bizə qalmışdı...

***

Ötən gün bir müsahibəyə baxdım.

Polad Həşimovun anası Şuşada qalib Azərbaycan əsgəri ilə söhbət edirdi. Deyir, siz Azərbaycanın onurğa sütunusuz; siz Azərbaycanın enmiş başını dikəltdiniz!

Necə mərd dayanmışdı, necə dik baxırdı onların üzünə. Əslində həmin vaxt canını qurban vermiş bütün şəhidlərin anası idi Səmayə ana. Onların danışan dili olmuşdu. Düşmənə bundan artıq gözdağı ola bilərmi?!

Balasını bu vətən uğrunda fəda edən bir ananın sözlərinə baxın: “Siz Azərbaycan xalqının enmiş başını dikəltdiniz”.

Adamın qanı donur. Hərdən düşünürəm ki, Allah analara fərqli bir ürək verib.

Bəli. Ordumuz xalqın əyilmiş başını düzəltdi!

***

Tarixi gündən 1 il ötür...

Qardaşımın (dayım oğlu) şəhid xəbərini aldığım gün yıxılmışdım, dizlərim qanamışdı. Hələ də incidir, hələ də ürəyimə verir ağrısı və hələ də izi qalır…axaraz

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR