Saat:00:50
Haqqımızda

Polad Bülbüloğlundan oğluna: "Heç kim deməsin ki, atasının hesabına..." - VİDEO

2025-12-23 00:03:07

Polad Bülbüloğlundan oğluna:

"Oğluma həmişə demişəm ki, sənin məsuliyyətin iki qatdır. Heç kəs deyə bilməsin ki, atasının hesabına burada drijorluq edirsən. Sən gərək elə hazırlıqlı olasan ki".

Hurriyyet.Az Musavat.com-a istinadla xəbər verir ki, bunu millət vəkili Polad Bülbüloğlu Murtuza Bülbül haqqında Azərbaycan televiziyasına danışarkən deyib. O bildirib ki, Murtuza Bülbül iki operaya drijorluq edib:" Çox məsuliyyətlə yanaşır. Ətraflı oxuyub, öyrənir. Musiqiçilərə dəqiq yol göstərir".

Murtuza Bülbül isə atasının sənətdə güzəştə getmədiyini deyib:"Atam mənə həmişə böyük dəstək göstərib.Onunla dəfələrlə eyni səhnədə olmuşuq. O, iş məsələsində bir az sərtdir".  

 

Qeyd efək ki, Murtuza Bülbül Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijorudur.

O, 2001-ci ildə bəstəkar, Azərbaycanın Xalq artisti Polad Bülbüloğlunun ailəsində dünyaya gəlib. Musiqi təhsilinə Moskvadakı Betxoven adına Uşaq Musiqi Məktəbində başlayıb. 

2020-ci ildə P.İ.Çaykovski adına Moskva Dövlət Konservatoriyasının nəzdində fəaliyyət göstərən Akademik Musiqi Kollecini (xor dirijorluğu şöbəsi, Leonid Pavlovun sinfi), ardınca isə Moskva Konservatoriyasının opera-simfonik dirijorluq fakültəsini (Vyaçeslav Valeyevin sinfi) fərqlənmə ilə bitirib. O, həmçinin Vyana şəhərində Günter Neuholdun, Berlində isə Johannes Wilndner-in rəhbərliyi altında ustalığını təkmilləşdirib.

Murtuza Bülbülün dirijor kimi debütü 2015-ci ildə Bakıda Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri ilə olub. O, Rusiya Milli Orkestri, Rusiyanın Əməkdar Kollektivi olan Sankt-Peterburq Filarmoniyasının Akademik Simfonik Orkestri, Moskva Filarmoniyasının Akademik Simfonik Orkestri, Rusiyanın Dövlət Kinematoqrafiyası Simfonik Orkestri, Moskva Gənclər Kamera Orkestri və digər nüfuzlu kollektivlərlə çıxış edib. Dirijorun Almaniya, İtaliya və Qazaxıstanda qastrol səfərləri də uğurla keçib.

 

Şahanə Rəhimli