Podolyak: “Estoniya üç ay ərzində Ukraynaya hərbi büdcəsinin üçdəbirini verib”

2022-05-24 23:32:00

Podolyak: “Estoniya üç ay ərzində Ukraynaya hərbi büdcəsinin üçdəbirini verib”

“Minlərlə vədin əvəzinə Estoniya üç ay ərzində Ukraynaya dünyada hamıdan çox – hərbi büdcəsinin 1/3 hissəsini verib”.

Bu sözləri Ukrayna Prezidenti Ofisi rəhbərinin müşaviri Mixaylo Podolyak “Twitter” səhifəsində yazıb.

“Bu, bir daha sübut edir ki, kiçik ölkə olsan da, böyük ürəyin ola bilər. Və ya dünyada ölçüyə görə ikinci olub, tamam ürəksiz olmaq da mümkündür. Ukraynanın qələbəsi Estoniya xalqının da qələbəsi olacaq”, – deyə o qeyd edib.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya