Saat:21:47
Haqqımızda

PKK terrorçusu Karayılan “Bir kibrit yetər, meşələri yandırın”, Can Ataklı isə “Ərdoğanın getməsi üçün böyük yanğınlar törədilməlidir” demişdi...

2021-07-30 13:18:00

PKK terrorçusu Karayılan “Bir kibrit yetər, meşələri yandırın”, Can Ataklı isə “Ərdoğanın getməsi üçün böyük yanğınlar törədilməlidir” demişdi...

Hurriyyet.org xəbər verir ki, Türkiyənin 21 rayonunda eyni vaxtda baş vermiş 42 meşə yanğının təsadüf yox, təxribat və terror olduğu artıq heç kimdə şübhə doğurmur. Bəs bu yanğınların arxasında kim durur? Bu sualın da cavabını arayarkən bütün nəzərlər onillərlə Türkiyənin daxilində qanlı terror aktları törədən PKK terror təşkilatına yönəlir.

“Ahaber.com.tr” saytında “Yanğınların arxasında “meşələri yandırın” əmri verən PKK başçısı Murad Karayılan durur? Can Ataklının sözləri təsadüfdürmü?” başlıqlı yazıda bu məsələ işıqlandırılır:

“Dünən Manavqatda başlanan yanğından sonra Türkiyə böyük bir şokla qarşılaşdı. Bir çox rayonda ard-arda yanğınlar baş verdi, Türkiyənin ciyərləri yandı. Milyonların etirazları “meşələri yandırın” təlimatı verən PKK başçısı Karayılan ilə “Ərdoğanın getməsi üçün çox böyük yanğınlar lazımdır” deyən Can Ataklıya yönəldi. Doğrudanmı, bütün bunlar təsadüfdürmü?

Antalyada Akseki rayonunda başlayıb küləyin təsiri ilə böyüyərək Manavqat rayonuna keçən meşə yanğını ilə yanaşı, Adananın Kadirli, Kozan, Karaisalı, Osmaniye, Mersin Gülnar məntəqələrində də yanğınlara müdaxilə edilir.

Ardından Marmaris, Datça, Kocaeli və Kütahyada da yanğın baş verib. Mersinin 3 rayonunda otellər, evlər, düşərgələr boşaldılıb. Yanğınlarda 3 nəfər həlak olub. Son iki gündə Türkiyə amansız yanğınlarla mübarizəyə daxil olub.

Bəs bir qədər əvvələ gedib hadisələrə nəzər salsaq, bu baş verənlər təsadüf ola bilərmi?

 

PKK başçısından “Silahınız kibrit olsun,  meşələri yandırın” təlimatı

 

Ötən il Hataydakı meşə yanğını ilə bağlı istintaqa davam etdiyi zaman PKK rəhbərlərindən Murat Karayılanın meşə yandırmaq təlimatı verdiyi ortaya çıxmışdı. Karayılan “2-3 gənc birləşərək fəallıq göstərə bilər. “Silahımız yoxdur” deyə bilərlər. Silahları çaxmaq və kibritdir”.

 

Can Ataklı: “Nə seçkilər, nə də çevriliş işə yaramır. Ərdoğanın getməsi üçün çox böyük yanğınlar lazımdır. Avstraliyadakı qədər”

CHP tərəfdarı Can Ataklı isə 2021-ci ilin yanvar ayında YouTube kanalındakı videoda demişdi: “Tayyib Ərdoğan seçki ilə gedərmi? Mənə görə “xeyr”. Artıq Tayyib Ərdoğanın seçki yolu ilə bu ölkənin başından getməsi mənə qeyri-mümkün görünür. Seçimlə getməyəcək nə deməkdir? O zaman çevriliş olacaq? Çevriliş ehtimalını ən az görənlərdənəm. Həm də bugünkü şəraitdə çevriliş edə biləcək qabiliyyət yoxdur. Mənim fikrimcə, çevriliş eləmək çox çətindir. Tayyib Ərdoğanın getməsi üçün çox böyük xalq qəzəbinin olması lazımdır. Böyük bir təbii fəlakət, böyük bir zəlzələ, başqa bir təbii fəlakət... Çox böyük sel, çox böyük yanğınlar... O Avsraliyada baş verən yanğın vardı ha, bax o böyüklükdə yanğın, zəlzələ, çox böyük insan itkisinə səbəb olacaq sel fəlakəti kimi... Amma ən qorxuducu olan Türkiyənin bir hərbi uğursuzluq əldə eləməsidir”.

 

Təxribatdırmı?

 

Yanğınların eyni zamanda bir çox bölgədə başlaması təxribat ehtimalını ağıllara gətirdi. Səlahiyyətli şəxslər yanğınların baş vermək səbəbi ilə bağlı əlində hansısa sənəd və ya təsvir olan vətəndaşların asayiş qüvvələrinə müraciət etmələrini xahiş edib. Manavqat Respublika Prokuroluğunda da yanğınla bağlı istintaq başlayıb.

Antalya Şəhər Bələdiyyə başçısı Muhittin Böcek, Manavqatdakı yanğınla bağlı danışarkən 27 illik idarəçilik dövründə belə bir yanğın görmədiyini söyləyib. Kənd Təsərrüfatı və Meşə naziri Bekir Pakdemirli də təxribat ehtimalını diqqətə çatdırıb.

 

Tərəfini seçməyə bir damla su yetər

 

Türkiyədə yanan meşələr deyil, ciyərlərimizdir. Bu ölkədə yaşayan hər bir şəxs alovları gördükdə ürəyinə qor düşür. Lakin öz məqsədləri uğrunda ölkənin yanğının cənginə düşməsinə göz yumanlar da var.

Onlara həzrəti İbrahim ilə Nəmrudun hekayəsindən bir söz yetər: “Qarışqa kimi tərəfini seçməyə bir damla su yetər”.

https://www.youtube.com/watch?v=AhQ0jA0p2w0

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR