PKK rəhbəri: “Bizi birdəfəlik yox edəcəklər” – Türkiyənin uğurlu antiterror əməliyyatı

2022-04-28 15:13:00

PKK rəhbəri: “Bizi birdəfəlik yox edəcəklər” – Türkiyənin uğurlu antiterror əməliyyatı

Hurriyyet.az “Star” qəzetinə istinadla xəbər verir ki, Türkiyənin Şimali İraqda həyata keçirdiyi “Pəncə-Kilid” əməliyyatı PKK başçısı Diran Kalkanı narahat edib. Terrorçu Duran Kalkan terror təşkilatının hissə-hissə zəiflədildiyini və növbənin terror bazalarının mərkəzi sahəsinə gəldiyini söyləyərək deyib: “Bizi birdəfəlik ortadan qaldıracaqlar, yox edəcəklər. Bu reallığı görmək lazımdır”.

Bəlli olduğu kimi, Zap, Metina və Avaşin-Basyandakı terror dəhlizinin təmizlənərək təhlükəsiz bölgə yaradılması məqsədi ilə başladılan “Pəncə-Kilid” əməliyyatı uğurla davam etdirilir.Əməliyyat çərçiəvəsində PKK terror təşkilatı tamamilə sıxışdırılıb.

Terror təşkilatının qondarma mediasına açıqlama verən Duran Kalkan deyib: “ZAP bölgəsində uğur qazansalar, digər partizan bölgələrini, Hakurkdan Haftaninə qədər tamamilə nəzarət altına alacaqlar. Partizan bazalarını aradan götürəcəklər. Bu həqiqəti görmək lazımdır”.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya