Saat:09:53
Haqqımızda

PKK Paşinyandan küsüb: “Adamlarımızı Türkiyəyə təhvil vermək Ermənistan üçün eyibdir” – Araz çayı ilə silah daşıyarkən yaxalanmışdılar

2022-09-26 22:09:00

PKK Paşinyandan küsüb: “Adamlarımızı Türkiyəyə təhvil vermək Ermənistan üçün eyibdir” – Araz çayı ilə silah daşıyarkən yaxalanmışdılar

PKK-nın iddiasına görə, Ermənistan məhkəməsinin azad elədiyi terrorçuları elə Ermənistanın xüsusi xidmət orqanları qaçıraraq Türkiyəyə təhvil veriblər

 

Hurriyyet.az “Yerevan Today” nəşrinə istinadla xəbər verir ki,  PKK terror təşkilatının mətbuat xidmətinin açıqlamasında Ermənistanın  2 nəfər PKK üzvünü – Atilla Çiçek ilə Hüseyin Yıldırımı Türkiyəyə təhvil verməsinə qarşı qəzəb ifadə olunub.

PKK özünün ANF agentliyi tərəfindən dərc edilən açıqlamasında onların adını çəkmir, əvəzində “Lehenk” və “Alişer” kod adlarını qeyd edir, onların “2021-ci ilin avqustunda Ermənistanla sərhəddə erməni sərhədçilər tərəfindən tutulub saxlanıldığı”nı bildirir.

Açıqlamada deyilir: “2022-ci il fevralın 23-də onlar Ermənistanın Appelyasiya məhkəməsinin qarşısına çıxıblar və məhkəmə onların azad edilməsinin qərara alıb. Beynəlxalq və Ermənistan qanunvericiliyinə əsasən, onlar azad edilməli idilər. Bunun əvəzinə Ermənistanın xüsusi xidmət orqanları onları oğurlayaraq həbs ediblər. Tədbir görüləndən sonra onları azad edəcəklərini vəd eləsələr də, təxminən bir ay bundan əvvəl onlar Ermənistandan Türkiyəyə ekstradisiya ediliblər.”

Açıqlamada bildirilir: “İnqilabçılarımızın Türkiyəyə verilməsi Ermənistan üçün rüsvayçılıqdır”.

Ermənistanın məhkəmə informasiya sistemi olan detalex.am saytında verilən məlumata görə, 2021-ci il 16 avqust tarixində Araz çayını keçərək Ermənistan sərhədlərini pozduqları və silah-sursat qaçaqmalçılığı etdikləri üçün PKK terrorçularına qarşı ittihamlar irəli sürülmüşdü. Sünik vilayətinin məhkəməsi 2022-ci ilin yanvarında Hüseyin Yıldırım ilə Atilla Çiçekə əmlakları müsadirə edilməklə 7 illik həbs cəzası verməyi qərara almışdı.  Sonra appelyasiya məhkəməsi PKK-nın adları çəkilən iki üzvünü 3 illik sınaq müddəti ilə şərti azadlığa buraxmışdı.

“Kafkasya Stratejik Araştırmalar Merkezi”nin (KAFKASSAM) sədri Hasan Oktay  Ermənistanın 2 PKK-lı terrorçunu – “Leheng” kod adlı Atilla Çiçek və “Alişer” kod adlı Hüseyin Yıldırımı Türkiyəyə təhvil verməsini belə şərh edib: “Ermənistan hökuməti müxalif qrupların, yəni daşnakların PKK ilə əlaqədə olduğunu göstərmək üçün həmin terrorçuları təhvil verdi. Bundan sonra Ermənistan mətbuatında Nikol Paşinyana qarşı tənqidlər səsləndirilib. Bu terrorçuların Ermənistana keçid tarixi və Ermənistandakı fəaliyyətləri haqqında da çox mühüm məlumatlar var. Onların Qarabağ müharibə başa çatdıqdan sonra Ermənistana gəlmələri bu terrorçuların Nikol Paşinyana qarşı sui-qəsd cəhdinin mümkünlüyünü ortaya qoyur”.

KAFKASSAM sədri əlavə edib ki, Paşinyan sui-qəsd komandasını deşifrə edərək onları Türkiyəyə təhvil verməklə bir güllə ilə iki dovşan vurduğunu söyləyib: “Bununla da Paşinyan Türkiyə ilə qeyri-rəsmi də olsa, diplomatik əlaqə qurmuş olub.

Türkiyənin “Anadolu Agentliyi”nin verdiyi xəbərdə isə, Milli Kəşfiyyat Təşkilatının (MİT) qırmızı bülletenlə axtarışda olan PKK/KCK üzvü Atilla Çiçek ilə təşkllatın Suriya və İraqda qondarma rəhbərlərindən olan Hüseyin Yıldırımın sərhəd xəttindəki əməliyyatla yaxalanaraq Türkiyəyə aparıdığı bildirilir.  

Terrorçular “ölkənin birliyini və ərazi bütövlüyünü pozmaq” cinayəti ilə qırmızı bülletenlə axtarışda idilər.

Terrorçu Çiçekin 25 sentyabr 2012-ci ildə Tuncelidə həyata keçirilən və 6 nəfəri hərbçi olmaqla, 7 nəfərin şəhid edildiyi bombalı hücumu törədənlərdən biri olduğu aşkar edilib. O, həm də Ağrı vilayətinin Doğubeyazit rayonunda 2 əsgərin şəhid olduğu 25 avqust 2020-ci ildəki terror aktını da törədənlərdən biridir. Çiçekin Suriya ilə İranda, Yıldırımın isə Suriya və İraqda terror rəhbərləri kimi fəaliyyət göstərdikləri bəlli olub.

Hürr Tərcüman

MİT, biri kırmızı bültenle aranan 2 PKK/KCK'lı teröristi sınır hattında yakaladı

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR