PKK-nın Kərkükdəki dəstəsinin başçısı zərərsizləşdirildi

2022-06-09 17:12:00

PKK-nın Kərkükdəki dəstəsinin başçısı zərərsizləşdirildi

Milli Kəşfiyyat Təşkilatı əməliyyat keçirdi

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyənin xüsusi xidmət orqanlarının İraqın şimalında keçirdiyi əməliyyat nəticəsində 3 terrorçu zərərsizləşdirilib.

Ankaradakı təhlükəsizlik qüvvələri təşkilatlarındakı mənbələrin agentliyə verdikləri məlumata görə, Milli Kəşfiyyat Təşkilatının əməkdaşları İraqın Türkiyə ilə həmsərhəd olan Qara rayonunda terrorçu qrupu zərərsizləşdiriblər.

Zərərsizləşdirilənlər arasında PKK liderlərindən biri, “Əhməd Rübar” ləqəbli Mehmet Erdoğan da var – o, İraqın Mahmur, Kərkük və Süleymaniyyə rayonlarındakı terrorçu dəstələrinin başçısı olub.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya