PKK-nın başına 1 milyon ödül qoyulmuş önəmli isimlərindən biri də öldürüldü

2021-09-14 12:16:00

PKK-nın başına 1 milyon ödül qoyulmuş önəmli isimlərindən biri də öldürüldü

 

Hurriyyet.az xəbər verir ki, Türkiyədə cinayətkarlıq dərəcəsinə görə narıncı kateqoriyada axtarışda olan Dersim kod adlı Saniye Torpaq zərərsizləşdirilib.

24 avqust tarixində keçirilən “Eren-13 Şehit Jandarma Uzman Çavuş Ufuk Bingöl” əməliyyatı çərçivəsində zərərsizləşdirilən 3 terrorçudan birinin “Diljin Mariya Dersim” kod adlı Saniye Torpak olduğu olduğu aşkar edilib.

Saniyə Torpaq Botan vilayəti Gabar rayonunda qondarma terrorçu başçılarından olub, terrorla bağlı axtarış siyahısında tapılması üçün 1 milyon türk lirəsi mükafat təyin edilib.

Şəhidlərin qanı yerdə qalmadı

Terrorçunun Şirnak Mərkəzi Namazdağ Bazasında 15.05.2017  tarixində 1 türk hərbçisinin şəhid olduğu, Siirt Eruh-Ormanardı kəndində 30.03.2018 tarixində 7 nəfərin şəhid olduğu, 13 nəfərin yaralandığı, Şırnak Görmeç kəndində 11.11.2018 tarixində 2 jandarmanın şəhid olduğu terror hadisələrinin təşkil edilməsində əli olduğu təsdiqlənib.