Saat:03:01
Haqqımızda

PKK-nın “Atəşin Övladları” qruplaşması: “Türkiyədə yanğınları biz törətdik”

2021-08-02 13:20:00

PKK-nın “Atəşin Övladları” qruplaşması: “Türkiyədə yanğınları biz törətdik”

Hurriyyet.org xəbər verir ki, PKK terror təşkilatının “Ateşin Çocukları İnisiyatifi” – “Atəşin Övladları Təşəbbüsü” adlanan şaxəsi Türkiyənin cənubunu öz cənginə almış meşə yanğınlarını törətdiyini etiraf edib.

Etiraflar PKK ilə bağlı olan sosial media hesablarında verilib: “Atəşin Övladları Türkiyənin turizm bölgələrindəki təxribatların məsuliyyətini öz üzərinə götürür: Türkiyə rejimi başqa bir dildən başa düşənə qədər atəş seli ilə onların diz çökdürməyin vaxtı çatıb”.

Karayılan təlimat vermişdi

1990-cı illərdən bəri meşə təxribatlarından terror aktı kimi istifadə edən PKK, illər boyunca çox sayda yanğın törədib. Ötən il Türkiyənin Hatay rayonunda baş vermiş və böyük zərərə səbəb olmuş yanğınları PKK-nın “Atəşin Övladları Təşəbbüsü” öz üzərinə götürmüşdü. PKK başçısı Murat Karayılan da 2020-ci ildə “Meşələri yandırın” göstərişi vermişdi. 

Hataydakı meşə yanğını ilə bağlı istintaqa davam etdiyi zaman PKK rəhbərlərindən Murat Karayılanın meşələri yandırmaq təlimatı verdiyi ortaya çıxmışdı. Karayılan “2-3 gənc birləşərək akt törədə bilər. “Silahımız yoxdur” deyə bilərlər. Silahlarınız çaxmaq və kibrit olsun”.

https://img.piri.net/resim/imagecrop/2021/08/01/05/25/resized_2f421-a547fe76aaa.jpg

https://img.piri.net/resim/imagecrop/2021/08/01/05/25/resized_34c44-0db46744bbb.jpg  

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR