Saat:08:53
Haqqımızda

PKK-nı "sıra kimdə" qorxusu bürüdü! Örgüt çöküşdə

2021-09-27 13:09:00

PKK-nı

Hurriyyet.az Türkiyənin “Sabah” nəşrinə istinadən xəbər verir ki, “Pençe” hərəkatı ilə Türkiyə sərhədlərindən kənarda da küncə sıxışan PKK terror təşkilatı İraq Kürd Muxtariyyəti ilə də döyüşməyə başlayb. PKK-nın qondarma rəhbər şəxslərindən biri mühafizəçiləri ilə birlikdə zərərsizləşdirilib.

Peşmərgələrin sərhəd xəttində zastava və hərbi baza quraraq Türkiyə Silahlı Qüvvələri ilə kəşfiyyat məlumatlarını paylaşması terrorçuları küncə sıxışdırıb.

Fəaliyyət sahəsi getdikcə daralan terrorçular terror təşkilatının Avropadakı diplomatik şaxəsi olan KCK rəhbərlərini Şimali İrak Kürd Muxtariyyəti ilə öz aralarında vasitəçilik eləməyə cəhd etsələr də, cəhd nəticəsiz qalıb.

Peşmərgə vurdu

PKK terrorçuları son bir ay ərzində Şimali İraq Kürd Muxtariyyətinin Roj və Zaravani adı ilə tanınan peşmərgə xüsusi qüvvələrinə qarşı mina hücumları etməyə başlayıblar. Qırmızı kateqoriyada axtarışda olan qondarma Hakurk bölgəsi başçıları “Birdal Burhanlı” ilə Murat Kalkonun ard-arda hava əməliyyatlarının öldürülməsindən sonra terror təşkilatının silahlı qolu bu səfər Hakurkda məsul olan təşkilatın silahlı qolu HDG-nin də qondarma Hərbi Şura üzvü Erdal Aslanı Qəndildən göndərib. Terrorçu Aslan yanındakı iki mühafizəçisi ilə birlikdə Hakurk vadisinə gedərkən təşkilatla əlaqəsinin kəsildiyi və aqibətinin bilinmədiyi qeyd edilib.

Terorçuların Şimali İraq Kürd Muxtariyyətinin xüsusi təyinatlıları tərəfindən zərərsizləşdirilə biləcəyi qiymətləndirildiyi zaman, terror təşkilatının başçılarından olan Murat Karayılan deyib: “Komandanımızı KDP qüvvələri ya girov götürüb, ya da öldürülüb, aqibətindən xəbərimiz yoxdur”.

10 şəhidin qatili idi

Terrorçu Erdal Aslan 2010-cu ildə göndərdiyi və 8 il qaldığı Bitliin Güroymak rayonunda zirehli polis avtomobilinin keçidi zamanı yola yerləşdirilən minanın uzaqdan idarəetmə ilə partladılması nəticəsində 5 nəfəri polis olmaqla, 8 vətəndaş qətlə yetirilmişdi. Aslan Bitlisin Tatvan rayonunda gəmi kapitanı, MHP üzvü olan 75 yaşlı Tello Uçakın evinin qarşısında sui-qəsd nəticəsində öldürüldüyü xain hücumu da şəxsən planlaşdırmışdı. Bu terrorçu Türkiyənin Güzeldere bölgəsində də asayiş keşikçisi Nihat Çaprakın işgəncə verildikdən sonra elektrik dirəyinə asılaraq şəhid edilməsi hadisəsini də şəxsən həyata keçirmişdi.

Türkiyənin Milli Müdafiə Nazirliyi “Barış bulağı” əməliyyatı rayonunda hücum hazırlığında olduğu müəyyənləşdirilən 6 PKK/YPG terrorçusunun zərərsizləşdirildiyini bildirib. Nazirlikdən verilən açıqlamada deyilir: “Terror təşkilatı PKK/YPG-nin hücum təşəbbüsü bir daha zərərsizləşdirilib. “Barış bulağı” bölgəsində hücum hazırlığında olduğu aşkar edilən 6 PKK/ YPG terrorçusu qəhrəman hərbçilərimizin müdaxiləsi ilə zərərsizləşdirilib”. 

 

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR