Saat:18:10
Haqqımızda

PKK Əsəd hökumətinin milyonlarına sahiblənir – Suriyanın öz neftini özünə sataraq ildə 120 milyon dollar qazanır

2021-08-02 14:45:00

PKK Əsəd hökumətinin milyonlarına sahiblənir – Suriyanın öz neftini özünə sataraq ildə 120 milyon dollar qazanır

Hurriyyet.org xəbər verir ki, YPG/PKK terror təşkilatının Bəşər Əsəd hökumətinə 6 milyon barrel neft sataraq milyonlarla dollar həcmində qanunsuz gəlir əldə elədiyi bildirilir. ABŞ-ın regiondakı “ortağı” olan YPG/PKK terror təşkilatının (Suriyanın öz neftini) Bəşər Əsəd hökumətinə satmaqla ABŞ qanunlarını tapdaladığını vurğulayan Suriya İnsan Hüquqları Şəbəkəsinin hazırladığı hesabatda terror təşkilatına da sanksiya cəzası tətbiq edilməsi lazım gəldiyi qeyd edilib.

“Anadolu Agentliyi”nin verdiyi xəbərə görə, mülki əhalinin hüquqlarının pozulmasını sənədləşdirən Suriya İnsan Hüquqları Şəbəkəsi (SNHR) Suriyada SDQ (Suriya Demokratik Qüvvələri) adından istifadə edən YPG/PKK terror təşkilatının  ABŞ-ın Əsəd hökumətinə qarşı “Sezar Suriya Mülki Müdafiə Qanunu” çərçivəsində tətbiq elədiyi sanksiyaları pozaraq, Bəşər Əsəd hökumətinə ildə orta hesabla 6 ilyon barrel neft satmaqla milyonlarla dollar gəlir əldə elədiyi bildirilir.

Keçmiş ABŞ Prezidenti Donald Trampın 2019-cu il dekabrın 21-də imzaladığı və 2020-ci il iyunun 17-də qüvvəyə minən “Sezar Suriya Mülki Müdafiə Qanunu”na görə, Əsəd hökumətinin yerli neft istehsalını inkişaf etdirməsinə kömək etmək və Suriya hökuməti ilə ticarət əlaqəsi yaratmaq cəhdlərinin sanksiya vasitəsi ilə cəzalandırılması nəzərdə tutulur. Buna görə də hesabatda, ABŞ-ın (Suriyanın işğal edilmiş neft yataqlarındakı) “ortağı” olan YPG/PKK təşkilatına da sanksiya tətbiq edilməsinin lazım olduğu qeyd edilib. Neft ticarətinin davam etdiyinə işarə vurulan hesabatda terror təkilatının öz ticarətinin böyük bir qismini quru vasitəsi ilə ABŞ Maliyyə Nazirliyinin sanksiya siyahısında olan Husam Katırçıya məxsus tankerlərlə həyata keçirdiyi xatırladılıb.

 

“Pulların PKK terror təşkilatına getməsi narahatlıq doğurur”

 

Beynəlxalq bazarlarla bağlı iqtisadi təhlillər aparan “Take-Profit” adlı saytın Suriyadakı neft istehsalı ilə bağlı məlumatlardan bəhs edilib, YPG/PKK işğalı altındakı bölgələrdə ildə 11 milyon barrel həcmində xam neft çıxarıldığı bildirilib. Hesabatda təşkilatın həmin xam neftin yarısından çoxunu Suriya hökumətinə satdığı bildirilir.

Hesabata görə, PKK Suriyanın öz neftini özünə bir barreli 20 dollara satır. İldə 6 milyon barrel satıldığı hesablansa, “SDQ bu ticarətdən ildə 120 milyon dollar qazanc əldə edir”. Hesabatda YPG-nin PKK-nın Suriyadakı şaxəsi olduğu da vurğulanır, neftin pulunun PKK terrorçularına axıdılmasının narahatlıq doğurduğu diqqətə çatdırılır.

Suriyanın Deyr Əz Zor və Haseke rayonları neft və təbii qaz baxımından ölkənin ən zəngin  enerji mənbələridir, hazırda isə YPG/PKK terror təşkilatının işğalındadır.

ABŞ-ın dəstəyi ilə YPG/PKK terror təşkilatı Suriyanın neft yataqlarının 70 faizindən çoxunu işğal edib.

Qeyd edək ki, xarici qüvvələr əvvəlcə qondarma məzhəb yaradaraq, İŞİD fanatiklərinin dinə bağlılğından istifadə edib Suriyada müharibə törətdilər və əhalisinin böyük bir qismini qaçqına çevirdilər. Sonra həmin xarici qüvvələr PKK terrorçularını qondarma dövlət vədləri ilə şirnikləndirib silahlandırdılar və Suriyanın Türkiyə sərhədlərinə daha yaxın olan, neftlə zəngin şimalının İŞİD-dən alınıb YPG/PKK terrorçularının əlinə keçməsinə şərait yaratdılar. Bununla da Türkiyə dövlətinə zərə verən terror təşkilatının özünün özünü maliyyələşdirməsini dəstəkləmiş oldular.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR