PKK-dan sonra KTMT də Paşinyandan küsdü? “Zas İrəvan səfərini yarımçıq qoydu”

2022-09-27 15:30:00

PKK-dan sonra KTMT də Paşinyandan küsdü? “Zas İrəvan səfərini yarımçıq qoydu”

Hurriyyet.az “Yerevan Today” nəşrinə istinadla xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin üzvü olduğu Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Ermənistanda səfərə getmiş Baş katibi Stanislav Zasa qarşı soyuq münasibəti onun İrəvanı vaxtından qabaq tərk eləməsinə səbəb olub.

Bəlli olduğu kimi, KTMT-nin baş katibi Stanislav Zasın rəhbərlik etdiyi nümayəndə heyəti sentyabrın 20-də İrəvana gəlmişdi və onun burada 5 gün - sentyabrın 25-dək qalması planlaşdırılırdı. Bu barədə “Hraparak” qəzeti yazıb:  “Səfərin məqsədi “Ermənistan və Azərbaycan sərhədindəki vəziyyəti öyrənmək, mövcud gərginliyin azaldılmasına dair təkliflər verməkdir.

Dövlət başçısının təşkilatın baş katibini qəbul edəcəyi güman edilirdi. Axı bu gün sərhəddə gərginliyin azaldılması prioritet məsələdir, lakin Paşinyan KTMT-nin baş katibini qəbul etmədi. Stanislav Zasın İrəvana gəlişindən 2 gün sonra isə Paşinyan Nyu-Yorka uçdu və orada BMT Baş Assambleyasının sessiyası çərçivəsində KTMT-nin və Rusiyanın bir nömrəli düşməni NATO-nun baş katibi Yens Stoltenberqlə görüşdü.

Lakin bu müddət ərzində Zas Ermənistanda ikinci eşalonun rəsmiləri: Xarici İşlər nazirinin müavini, Təhlükəsizlik Şurasının katibi, Baş Qərargah rəisi ilə görüşlər keçirdi. Bir gün əvvəl isə Paşinyanın Nyu-York görüşündən xəbər tutan Zasın Ermənistanı planlaşdırdığından bir neçə gün tez tərk etdiyi barədə xəbərlər yayılıb. Onun konkret hansı gündə getdiyini Xarici İşlər Nazirliyində öyrənə bilmədik. Məsələ burasındadır ki, sentyabrın 22-dən sonra Zas heç bir görüşdə iştirak etməyib, onun iştirakı ilə keçirilən hər hansı tədbirlə bağlı heç bir mesaj olmayıb”.

Qeyd edək ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Qazaxıstanda keçirilməli olan təlimindən imtina edib.

Xəbər verdiyimiz kimi, dünən PKK terror təşkilatının mətbuat xidmətinin açıqlama verərək Ermənistanın  2 nəfər PKK üzvünü – Atilla Çiçek ilə Hüseyin Yıldırımı Türkiyəyə təhvil verməsinə qarşı etirazını bildirmişdi.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.123396