Saat:12:35
Haqqımızda

PKK başçısı: “Nə ABŞ, nə də Avropa Türkiyəyə heç nə deyə bilmir”

2022-08-10 20:52:00

PKK başçısı: “Nə ABŞ, nə də Avropa Türkiyəyə heç nə deyə bilmir”

Hurriyyet.az “Yeni Şafak” nəşrinə istinadla xəbər verir ki, PKK terror təşkilatının rəhbərlərindən olan Mustafa Karasu video ilə müraciət edərək Ankaranın terrorla mübarizədə heç kimi dinləmədiyindən şikayətlənib.

Nəşrin yazdığına görə, Karasu İsveç ilə Finlandiyanı “ikiüzlü” adlandırıb.

 Karasu deyib: “Avropanın demokratik ölkələri belə, İsveç ilə Finlandiya belə “terrorla mübarizənizi dəstəkləyirik” deyirlər. Bu, “ikiüzlülükdür”. Avropa lazım gələndə istədiyini edir, lakin  Türkiyədən söhbət gedəndə səsini belə çıxarmır. Niyə? “Amandır, Türkiyəni yanımızda saxlayaq, geosiyasi mövqeyi var. Müxtəlif qüvvələri var. Rusiyaya tərəf keçməsin, bu olmasın. ABŞ deyir: “Terrora qarşı mübarizənizi anlayışla qarşılayırıq”. NATO-da eynisini deyir".

Hürr Tərcüman

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR