PJAK İran rejimini təhdid etdi

İran kürdləri ayətullahlara qarşı partizan müharibəsinin davam etdiyini elan ediblər. Belə ki, İran kürdlərinin hərbi-siyasi təşkilatı PJAK-ın dünənki rəsmi bəyanatında deyilir:
“Partizan mübarizəsi və xalq düşmənin soyqırımı siyasətini məğlub edəcək və buna görə də mübarizə qələbə qazanılana qədər davam edəcək”. Bəyanat qurumun yaradılmasının 19-cu ildönümü münasibətilə verilib. Burada qeyd edilir ki, “PJAK azadlıq əldə olunana qədər öz missiyasını və mübarizəsini davam etdirəcək”.
Xatırladaq ki, rəsmi məlumata görə, PJAK 2004-cü ildən bəri İslam Respublikasının kürd əhalisinin sıx məskunlaşdığı şimal-qərb bölgələrində İran rejiminə qarşı partizan müharibəsi aparır. Təşkilatın əsas bazaları qonşu İraq Kürdüstanı ərazisində yerləşir. SEPAH vaxtaşırı bu bazalara raket zərbələri endirir. Bundan əlavə, İran xüsusi xidmət orqanları İraq Kürdüstanında və Aİ ölkələrində PJAK fəallarının tutulması və məhv edilməsi əməliyyatları həyata keçirir. PJAK Türkiyənin kürd terror təşkilatı PKK ilə sıx bağlı olduğu üçün Türkiyə PJAK-a qarşı mübarizədə İranla əməkdaşlıq edir.
Ülviyyə, Hurriyyet.az
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya