Saat:22:16
Haqqımızda

“Pis sülh hətta yaxşı müharibədən daha yaxşıdır...”

2021-10-15 16:27:00

“Pis sülh hətta yaxşı müharibədən daha yaxşıdır...”

Rusiya prezidenti Vladimir Putin bu gün MDB dövlət başçılarının videokonfrans rejimində keçirilən sammitindəki çıxışında Qarabağdakı vəziyyət haqda danışıb. Və bu zaman rus atalar sözlərindən misal gətirib.

Putin ötən il Rusiyanın vasitəçiliyi ilə hərbi əməliyyatların dayandırıldığını, “qaçqınların geri qaytarıldığını” bildirib. Hazırda regionda vəziyyətin sabit olduğunu deyib. Onun sözlərinə görə, Qarabağdakı hazırkı vəziyyət rus atalar sözlərinin müdrikliyini bir daha sübut edir.

Bu vəziyyət bur daha rus atalar sözlərini təsdiq edir ki, pis sülh hətta yaxşı müharibədən də yaxşıdır”,-Rusiya prezidenti bildirib.

Putin qeyd edib ki, hazırda Azərbaycan və Ermənistan ərazisində bərpa işləri gedir, həyati vacib sistemlər bərpa olunur, əhaliyə kömək göstərilir, qaçqınlar öz evlərinə qayıdır. “Rusiya sülhməramlı kontingenti əldə edilmiş atəşkəs rejiminin qarantıdır. Bizim dəstəyimizlə humanitar yüklər çatdırılır, ərazilər minalardan təmizlənir”,-o deyib.

virtualaz.org

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR

Load Time (S) : 0.198510