PFL-in yeni prezidenti: "Kadr təyinatları mütləq olacaq" - EKSKLÜZİV

2022-07-30 10:28:00

 PFL-in yeni prezidenti:

"Mənə bir neçə gün vaxt lazımdır ki, hazırkı strukturu öyrənim və dəyişikliklərlə bağlı qərar verim. Yeni kadr təyinatları mütləq olacaq".

Bunu "Report"a eksklüziv açıqlamasında Peşəkar Futbol Liqasının (PFL) yeni prezidenti seçilən Elxan Səmədov deyib.

48 yaşlı funksioner PFL prezidenti seçildiyi üçün AFFA və klub rəhbərlərinə təşəkkür etdiyini bildirib: "Bu vəzifəni mənə etibar etdikləri üçün onlara minnətdaram. Mənim üçün gözlənilməz təklif oldu. Rəhbərlik tərəfindən qarşımıza qoyulan birinci məqsəd yarışların tam şəffaf keçirilməsidir".

Elxan Səmədov Azərbaycan Premyer Liqasının yeni mövsümü üçün sponsorla danışıqların davam etdiyini də xatırladıb: "Böyük ehtimalla, qarşıdakı mövsüm sponsorla keçiriləcək. Hazırda danışıqlar aparılır. Yaxın günlərdə ictimaiyyətə daha ətraflı məlumat veriləcək".

Qeyd edək ki, PFL-in əvvəlki prezidenti Ramin Musayev səhhəti ilə əlaqədar vəzifəsindən ayrılıb.


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.054183