Pezeşkian Türkiyəni "qardaş ölkə" adlandırıb, Bakının layihəsinin əleyhinə danışmayıb
2024-09-16 18:12:56
Hurriyyet.az xəbər verir ki, İranın yeni Prezidenti Məsud Pezeşkian bu gün keçirilən mətbuat konfransında bir sıra məsələlərlə bağlı bəyanatlar versə də, Zəngəzur dəhlizi mövzusunun üzərindən sükutla keçib. Bəlli olduğu kimi, son zamanlarda İranın bir sıra deputatları bu layihəni tənqidlə qarşılayırlar. Erməni mediasında artıq bununla bağlı tənqidi fikirlər səslənib.
Pezeşkian öz çıxışında Türkiyə ilə İranın dostluq münasibətlərini vurğulayıb, Türkiyəni qardaş ölkə adlandırıb, Tehranın Ankara ilə hərtərəfli münasibətlər qurmağa can atdığını bildirib.
Hürr Tərcüman