Pezeşkian Netanyahunun çıxışını tənqid edib
2024-07-26 11:47:41

Hurriyyet.az TASS informasiya agentliyinə istinadla xəbər verir ki, İranın yeni Prezidenti Məsud Pezeşkian İsrailin Baş naziri Binyamin Netanyahunun ABŞ Konqresindəki çıxışını tənqid edib. Pezeşkian X səhifəsində yazıb: "Günahsız insanların və müdafiəsiz uşaqların ölümünə göz yummaq, cinayətkarı alqışlarla təmizə çıxarmaq olmaz. Nahaq qan heç vaxt yerdə qalmaz".
İyulun 24-də B.Netanyahu ABŞ Konqresinin Senatı ilə Nümayəndələr Palatasının birgə iclasında çıxış edərkən Yaxın Şərqdə İrana qarşı NATO alyansına bənzər hərbi ittifaq yaratmağa çağırıb.
Pezeşkian iyulun 5-də İran Prezidenti seçilib. İyulun 30-da isə parlamentdə andiçmə mərasiminin keçirilməsi planlaşdırılır.
Hürr Tərcüman
