Pezeşkian İsraili təhdid edib
2024-10-29 15:01:24
Hurriyyet.az xəbər verir ki, İran Prezidenti Məsud Pezeşkian İranın İsrailin hərbi potensialını zədələmək və 1 oktyabr tarixli hücumdan daha qüvvətli zərbə endirmək imkanına malik olduğunu söyləyib.
Pezeşkian hökumətin iclasındakı çıxışında deyib: "Onları yerində oturtmalıyıq. Sionist rejim bizim təhlükəsizliyimizi yerlə bir etmək istəyirsə, biz də onların təhlükəsizliyinə zərbə vura bilərik. Onlar əvvəlkindən daha güclü cavab alacaqlar".
İran Prezidenti daha sonra bunu deyib: "ABŞ heç vaxt bizi mövqelərimizi tərk etməyə məcbur edə bilməz".
Hürr Tərcüman