Pezeşkian Ermənistan hakimiyyətini təbrik etdi
2024-09-19 20:20:56
İran Prezidenti Məsud Pezeşkian Müstəqillik Günü münasibətilə Ermənistan hakimiyyətini və xalqına təbrik məktubu göndərib.
Hurriyyet.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, bu barədə “News.Am” məlumat yayıb.
İran Prezidenti bildirib ki, qarşıdakı illərdə iki dost və qonşu ölkə arasında münasibətlər müxtəlif aspektlərdə daha da dərinləşəcək və bu, hər iki xalqa fayda verəcək.
Pezeşkian Ermənistanın Baş naziri Nikol Paşinyana təbrik məktubunda bildirib ki, İran Ermənistanın müstəqilliyini tanıyan ilk ölkələrdən olub və o gündən hər ikisi mehriban qonşudur.