Pezeşkian Bakıya gəlmədi – Amuli təşəkkür etdi
2024-11-16 15:21:05
Cənab Prezident Məsud Pezeşkiana Bakı konfransında (COP29-red) iştirak etmədiyinə görə səmimi qəlbdən təşəkkür edirəm.
Hurriyyet.az xəbər verir ki, bunu Əli Xameneinin Ərdəbil əyalətindəki nümayəndəsi və Ərdəbilin cümə imamı Həsən Amuli deyib.
“Azərbaycanlıların əksəriyyəti İranda yaşayır və ona görə də İran dünya azərbaycanlılarının tarixi vətənidir, bu səbəbdən İran dünya azərbaycanlıları haqqında bəyanat verməlidir”,- cümə imamı iddia edib.
Qeyd edək ki, İran mediasında Məsud Pezeşkianın COP29-da iştirak edəcəyi barədə məlumat yayılsa da, bu baş tutmayıb.
COP29-da İranı vitse-prezident, Ətraf Mühitin Mühafizəsi Təşkilatının sədri Şina Ənsari təmsil edib./axar.az/