Saat:08:59
Haqqımızda

Peyvənd vurduranlar 10 mənzil sahibi OLA BİLƏCƏKLƏR

2021-10-20 00:28:00

Peyvənd vurduranlar 10 mənzil sahibi OLA BİLƏCƏKLƏR

Oktyabrın 18-dən noyabrın 21-dək koronavirus peyvəndinin birinci və ya ikinci dozası ilə peyvənd edilən Moskva sakinləri paytaxtdakı mənzillərə sahib ola biləcəklər.

Bu barədə Moskva şəhər merinin rəsmi saytında məlumat verilib. 

“Oktyabrın 27-dən başlayaraq beş həftə ərzində hər həftə Moskvada iki otaqlı iki mənzilə sahib olmaq üçün lotereya oynanılacaq. Çəkilişlərdə Rusiyanın yetkin vətəndaşları iştirak edə biləcəklər. Bunun üçün CoViD-19 peyvəndinin ilk komponentini almalı və ya 18 oktyabrdan 21 noyabradək təkrar peyvənd olunmalısınız. Peyvənd məntəqələrində, çəkilişdə iştirak etmək üçün razılıq verməlisiniz", - məlumatda vurğulanır.

Püşkatma mərasimi beş həftə ərzində hər çərşənbə günü "Moskva 24" telekanalında keçiriləcək. Qaliblər yayım zamanı açıqlanacaq və adları mos.ru saytında yayımlanacaq. \\Lent.az

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR