Petrosyandan erməni müxalifətinə: "Dərk etmirsiniz, anlayışınız yoxdur"

2022-05-07 19:51:00

Petrosyandan erməni müxalifətinə:

"Müxalifətin yaranmış təhlükəni dərk etmirsə, deməli, siyasətdən heç bir anlayışları yoxdur. Əgər dərk edərək bu addımı atırlarsa, o zaman onlar milli maraqlara qətiyyən aidiyyatı olmayan tamam başqa məqsədlər güdürlər".

Bu fikri Ermənistanın sabiq prezidenti Levon Ter-Petrosyan son vaxtlarda ölkəsində yaranmış siyasi böhranla bağlı "İlam.am" saytında yazdığı məqalədə qeyd edib.

Petrosyan hesab edir ki, böhranın və ölkə daxilində siyasi qarşıdurmanın dərinləşməsi, qarşıdakı çətin danışıqlarda Ermənistanın mövqeyini gücləndirmir, əksinə, zəiflədir.

"Ona görə də bugünkü müxalifətin əsas məqsədinin nə olduğu aydın deyil. Bir zamanlar Serj Sarkisyanın əli ilə Nikol Paşinyana “təslimçi” damğası vuruldu. Bu belədir, amma heç də tam  belə deyil. Əslində, təslim olan Paşinyan deyil, Ermənistan idi. Paşinyan Ermənistanın kapitulyasiya aktına imza atdı", - o qeyd edib.

O əlavə edib ki, ona görə də Paşinyanı, Robert Köçəryanı, Serj Sarkisyanı, hətta İşxan Saqatelyanı kim əvəzləsə, onlar Ermənistanın boynuna dolanacaq həlli itaətkarlıqla qəbul edəcəklər: "Bu problem Ermənistan liderinin şəxsiyyətindən asılı deyil. Bu sadə həqiqət dərk edilməsə və ölkəmizin daxili siyasi təlatümləri davam edərsə, Paşinyan və ya başqasının yekun sənədə imza atmasından asılı olmayaraq, bizim üzərimizə qoyulan həll yolları qat-qat ağrılı olacaq".

Müxalifətin yaranmış təhlükənin fərqində olub-olmamasına gəldikdə Petrosyan hesab edir ki, bunu dərk etmirlərsə, deməli, siyasətdən heç bir anlayışları yoxdur: "Əgər dərk edib, ancaq daxili siyasi təlatümləri davam etdirirlərsə, onda belə bir nəticə çıxır ki, onlar milli maraqlara qətiyyən aidiyyatı olmayan tamam başqa məqsədlər güdürlər.

Ümidsiz optimist olaraq hələ də gözləyirəm ki, münaqişə tərəfləri nəhayət öz mövqelərinin təhlükəsini dərk edəcəklər, vəziyyəti daha da çətinləşdirməmək, yeni təhlükələrdən qaçmaq üçün hansısa razılaşmaya nail olmaq üçün səy göstərəcəklər". \\Ölkə.Az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya