Saat:12:53
Haqqımızda

Peskovdan Ünala cavab: Bu, Ankaranın mövqeyi deyil!

2021-07-27 17:32:00

Peskovdan Ünala cavab: Bu, Ankaranın mövqeyi deyil!

Rusiyanın heç bir bölgəsi müzakirə mövzusu ola bilməz.

Axar.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov Türkiyənin Maltəpə Universitetinin professoru Həsən Ünalın Krımla bağlı səsləndirdiyi fikirlərə münasibət bildirərkən deyib.

“Əvvəla, hörmətli professoru Ankaranın rəsmi görüşünü əks etdirən biri kimi qəbul edə biləcəyimizi düşünmürəm. İkincisi, Rusiyanın bölgələri heç bir danışıqların mövzusu ola bilməz. Bu, tamamilə qeyri-mümkündür”, - Peskov bildirib.

Qeyd edək ki, professor Həsən Ünal Rusiyanın Şimali Kipri müstəqil bir dövlət olaraq tanımasının Türkiyənin Krımla bağlı mövqeyinə təsir edəcəyini bildirmişdi.

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR