Saat:20:23
Haqqımızda

Peskovdan Paşinyanın həyat yoldaşının qəzetindəki məqalə ilə bağlı AÇIQLAMA - "Cəfəngiyyatdır"

2022-10-04 16:46:00

Peskovdan Paşinyanın həyat yoldaşının qəzetindəki məqalə ilə bağlı AÇIQLAMA -

Putinin mətbuat katibi Dmitri Peskov Rusiyanın Ermənistanı İttifaq Dövlətinə qoşulmağa məcbur etməsi barədə Ermənistan KİV-ində dərc edilən materialı “cəfəngiyyat” adlandırıb.

Hurriyyet.az xəbər verir ki, Peskov bu barədə jurnalistlərə verdiyi gündəlik brifinqdə danışıb.

“Xeyr, bu, növbəti cəfəngiyyatdır”, - deyə o, qeyd edib.

 

Xatırladaq ki, baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyana məxsus “Aykakan Jamanak” qəzetində Rusiyanın guya Ermənistanı İttifaq Dövlətinə qoşulmağa məcbur etmək istədiyi iddia edilmişdi.

Ermənistan parlamentinin spikeri Alen Simonyan mövzu ilə bağlı vurğulayıb ki, rusiyalı həmkarları ilə belə müzakirələr aparılmayıb:

“Belə söhbət yoxdur və ola da bilməz, çünki Ermənistanın müstəqilliyi və suverenliyi müzakirə mövzusu deyil. Əgər belə söhbətlər aparılsaydı, mənim bundan xəbərim olardı”.

Simonyan həmçinin bildirib ki, bu nəşrin məqsədinin nə olduğunu bilmir, lakin “jurnalistin məqaləsini ölkə hakimiyyətinin niyyəti kimi qəbul etmək olmaz”.

Eyni zamanda Simonyan qeyd edib ki, o, qəzetin mənbəyini etibarlı hesab etmir.

Bizim.media

1954-cü ildə istehsal olunan “Qaz 12” SATILIR – ONDAN XRUŞOV DA İSTİFADƏ EDİB / FOTOLAR