Peskovdan Kiyevə cavab - "Qara dəniz "NATO dənizi" olmayacaq"

2023-04-13 22:20:00

Peskovdan Kiyevə cavab -

Rusiya tərəfi Kiyevin Qara dənizi tərksilah etmək və onu "NATO dənizi" etmək fikrinə münasibət bildirib.

Kreml sözçüsü Dmitri Peskov bəyan edib ki, Qara dəniz heç vaxt “NATO dənizi” olmayacaq. O bildirib ki, Qara dəniz onun bütün sahilyanı ölkələri üçün əməkdaşlıq və qarşılıqlı fəaliyyət dənizi olaraq qalacaq. Peskov internetə sızan sənədlərdəki Rusiya Federal Təhlükəsizlik Xidməti ilə Müdafiə Nazirliyi arasında fikir ayrılıqları və çəkişmələrin olması ilə bağlı iddialara da cavab verib. Onun sözlərinə görə, iddialar əsassızdır.

“Bu cür iddiaların nəyə əsaslandığını deyə bilmərəm. Müəllif Rusiyadakı proseslərin mahiyyətini başa düşmür”, - Peskov deyib.\\Metbuat.Az


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya


Load Time (S) : 0.221702