Peskov: “Türkiyə ilə razılaşdıracağıq”

2022-06-01 15:43:00

Peskov: “Türkiyə ilə razılaşdıracağıq”

Hurriyyet.az “RİA Novosti” informasiya agentliyinə istinadla xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin Türkiyəyə hansı tarixdə səfər edəcəyi hazırda diplomatik kanallar vasitəsi ilə razılaşdırılır. Bu barədə açıqlamanı Kremlin mətbuat katibi Dmitri Peskov verib.

Peskov deyib: “Belə bir dəvət var və səfərin tarixi diplomatik kanallar vasitəsi ilə razılaşdırılacaq”.

Bundan əvvəl “Yeni Şafak” nəşri Türkiyə Prezidenti R.T.Ərdoğanın rusiyalı həmkarını işgüzar səfərə dəvət elədiyi xəbəri verilmişdi. Səfərin yaxın günlərdə baş tutacağı gözlənilir.

Xəbər verildiyi kimi, iyunun 8-də Rusiyanın Xarici İşlər naziri Sergey Lavrovun Türkiyəyə səfər edəcəyi gözlənilir.

Hürr Tərcüman


Ada Studiya

Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.
Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya