Peskov: "Rusiya, Ermənistan və Azərbaycan liderləri Sankt-Peterburqda söhbət apara bilərlər"
2022-12-26 20:01:00

Rusiya, Azərbaycan və Ermənistan liderləri Sankt-Peterburqda MDB-nin qeyri-rəsmi sammiti çərçivəsində söhbət apara bilərlər.
Bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov "Birinci kanal"ın efirində bildirib.
O qeyd edib ki, dekabrın 26-27-də Sankt-Peterburqda keçirilən sammitdə Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan iştirak edir.
“Biz üçtərəfli görüş təyin etməmişik, lakin pərdə arxasında onların bir-biri ilə danışmaq imkanı olacaq”, - Kreml sözçüsü qeyd edib. \\Report
Ada Studiya
Ailə, uşaq, fərdi, hamilə, cütlük və ad günü çəkilişləri.Əlaqə: 0557949055
İnstagram: _ada_studio
Tiktok: adastudiya