Saat:12:58
Haqqımızda

Peskov Putinin Trampa zəng etmək planlarını açıqladı

2025-12-21 12:47:20

Peskov Putinin Trampa zəng etmək planlarını açıqladı

Hurriyyet.az xəbər verir ki, Kremlin sözçüsü Dmitri Peskov bildirib ki, Rusiya prezidenti Vladimir Putinin ilin sonuna qədər Ağ Ev prezidenti Donald Trampla telefon danışığı planlaşdırılmayıb.

O, iki lider arasında dialoq perspektivlərini şərh edərkən deyib: "Hələlik bu, planlaşdırılmayıb, amma lazım gələrsə, tez bir zamanda təşkil edilə bilər".

Rusiya lideri əvvəllər ABŞ prezidentinin Ukraynadakı münaqişəyə son qoymaq istədiyini bildirmişdi. O, Donald Trampın bu məsələnin həlli üçün ciddi səylər göstərdiyini vurğulamışdı.

Daha əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Rusiya, ABŞ və Ukrayna nümayəndələri arasında üçtərəfli görüşün keçirilməsi ideyasının hələ ciddi şəkildə müzakirə olunmadığını bildirmişdi. Onun sözlərinə görə, məsələ hələ Moskvada müzakirə olunmayıb.

NURAY