Peskov: "Putin üzr istəyib"
Hurriyyet.az xəbər verir ki, Kremlin mətbuat katibi Dmitri Peskov bu gün keçirilən mətbuat konfransındakı çıxışı zamanı "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhərində qəzaya uğraması ilə əlaqədar RF Prezidenti Vladimir Putinin iki dəfə Azərbaycan Prezidenti İlham Əliyev ilə telefonla danışdığını qeyd edib.
Peskov deyib: "Prezident Putin ilə Prezident Əliyev iki dəfə telefonla danışıblar. Prezident Putin üzr istəyib və təəssüfləndiyini bildirib".
Peskov Rusiyanın təyyarə qəzayasının səbəblərinin obyektiv və qərəzsiz araşdırılmasında maraqlı olduğunu deyib.
Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətində insidentin Rusiya hava məkanında baş verməsi ilə əlaqədar üzrxahlıq edib.
Azərbaycan Prezidenti İlham Əliyev AzTV kanalına müsahibəsində Rusiya tərəfinin Azərbaycandan üzr istəməli, öz təqsirini etiraf etməli, günahkarları cəzalandıraraq cinayət məsuliyyətinə cəlb etməli və Azərbaycan dövlətinə, zərərçəkən sərnişin və ekipaj üzvlərinə təzminat ödəməli olduğunu bildirib.
Hürr Tərcüman