Peskov "Putin ağlını itirib" deyən Trampa təşəkkürünü bildirdi
2025-05-26 15:00:37
Hurriyyet.az xəbər verir ki, RF Prezidentinin mətbuat katibi Dmitri Peskov ABŞ Prezidenti Donald Trampın BBC telekanalına müsahibəsi zamanı "Putin lap ağlını itirib" söyləməsinə Kremlin münasibətini bildirib. Peskov bunu "emosional yüklənmənin" nəticəsi olduğunu söyləyib və Rusiya ilə Ukrayna arasında danışıqların başlanmasına görə Amerika liderinə təşəkkürünü bildirib.
Peskov deyib: "Bu, çox məsuliyyətli məqamdır. Əlbəttə ki, emosional yüklənmə və emosional reaksiyalarla bağlıdır. Biz bütün reaksiyaları diqqətlə izləyirik. Prezident Vladimir Putin ölkəmizin təhlükəsizliyinin təmin olunması üçün qərarlar qəbul edir".
Hürr Tərcüman
